Show

17 May

Ferrum Capital işçi axtarır – VAKANSİYA

Ferrum Capital Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi vəzifəsinə işçi axtarır.

Hansı özəlliklərə malik olmalıdır?

  • Azərbaycan dilini əla səviyyədə bilmək (Rus dili biliyi üstünlükdür)
  • 21 - 30 yaş aralığında gənclər
  • Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı
  • Detallara qarşı diqqətlilik
  • Ofis proqramları və avadanlıqları ilə işləmə

Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi nə iş görür?

  • Müraciət etmiş müştərilərin faktorinq xidmətləri barədə məlumatlandırılması
  • Faktorinq üzrə müraciətlərin qəbulu və müştəri məlumatlarının sistemə daxil edilməsi
  • Faktorinq üzrə müvafiq sənədləşmənin həyata keçirilməsi
  • Səlahiyyətləri çərçivəsində ünvanlanan sualların cavablandırılması

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki: 09:00 – 18:00 
  • Əmək haqqı: 300 AZN

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Faktorinqə dəstək bölməsinin kiçik mütəxəssisi” qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.