Show

17 May

Beynəlxalq Bank işçi axtarır – VAKANSİYA

Beynəlxalq Bank Tətbiq proqram təminatları üzrə aparıcı / baş mütəxəssis vəzifəsinə işçi axtarır.

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • İBM sistemlərinə aid olan proqram təminatlarını (İBUS/İBM BPM və s.) dəstəkləmək;
  • Tətbiq serverlərini  idarə etmək;
  • Yeni proqram təminatlarını  tətbiq etmək və dəstəkləmək;
  • S.W.I.F.T.  sistemini  dəstəkləməkdir.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Proqram təminatlarının tətbiqi üçün funksional testlərinin edilməsi, avtomatlaşdırılması və dəstəklənməsi üzrə peşəkar iş təcrübəsinə;
  • Windows Əməliyyat Sistemləri: Windows Server Desktop Əməliyyat Sistemləri (Server 2016-2019) ilə bağlı peşəkar iş təcrübəsinə;
  • IBM Business Automation Workflow V20, WebSphere Application Server V8.5.5 Administration, İBM İntergration Bus v10.0, UNIX / Linux Administration, Application Servers, Powershell Scripting, Monitoring tools, Backup / Restore tools, sistemləri ilə bağlı iş təcrübəsinə;
  • Minimum 3 il iş təcrübəsinə;
  • Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə
  • Güclü məntiqə;
  • Komandada işləmək bacarığına sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.