AZINTELECOM İnformasiya təhlükəsizliyinin idarə edilməsi üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
İnformasiya Təhlükəsizliyinin idarə edilməsi üzrə planlamada iştirak İnformasiya Təhlükəsizliyinin idarə edilməsi üzrə nəzarət tədbirlərinin seçilməsi və tətbiq edilməsi ilə bağlı tapşırıqların icrası İnformasiya Təhlükəsizliyinin idarə edilməsi üzrə təşkil edilmiş yoxlamalarda iştirak və müvafiq istiqamət üzrə daxili audit prosesinin dəstəklənməsi İnformasiya Təhlükəsizliyinin idarə edilməsi sisteminin davamlılığının təmin edilməsi üzrə tapşırıqların yerinə yetirilməsi və təkliflərin verilməsi İnformasiya Təhlükəsizliyi yoxlamalarına və insidentlərin araşdırılmasına dəstək göstərilməsi Şöbənin fəaliyyət istiqamətləri üzrə kommunikasiyanın təşkili və hesabatların hazırlanması Şöbə müdiri tərəfindən müəyyən edilmiş əsas fəaliyyət göstəricilərinə uyğun funksiyaların icra edilməsi
Tələb olunan bilik və bacarıqlar:
- İnformasiya təhlükəsizliyi üzrə bakalavr dərəcəsi və müvafiq sahə üzrə sertifikasiya
- Windows Əməliyyat sisteminin müxtəlif versiyaların, Linux əməliyyat sisteminin ən azı iki distrosunda işləmək bacarığı
- Kiberhücum və kibermüdafiənin təşkili haqqında nəzəri biliklər
- İnformasiya Təhlükəsizliyi üzrə tətbiq edilən standartlar haqqında fundamental biliklər
- İnformasiya Təhlükəsizliyi üzrə tətbiq edilən nəzarət tədbirlərini təsnifləndirmə və hər birinə uyğun icra mexanizmləri barədə biliklər
- İnformasiya Təhlükəsizliyi üzrə daxili tənzimləyici sənədlərlə işləmək bacarığı
- İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi üzrə risklərin idarə edilməsi üzrə tətbiq edilən çərçivə sənədlər haqqında biliklər
- İnformasiya Təhlükəsizliyi sahəsində tətbiq edilən normativ hüquqi aktlar haqqında fundamental biliklər
- ISO 27001 standartı üzrə fundamental biliklər
- Windows 10/11, Linux Ubuntu/Kali biliklər
- Məntiqi-analitiki düşüncə qabiliyyəti
- Təqdimat bacarığı
- Minimum 0-12 ay iş təcrübəsi
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] e-mail ünvanına göndərə bilərlər.