Show

10 May

PAŞA Bank işçi axtarır – VAKANSİYA

PAŞA Bank Korporativ və İnstitusional Bankçılıq üzrə Kredit Analitiki vəzifəsinə işçi axtarır.

İşiniz nədən ibarətdir?

  • Kreditlərin strukturlaşdırılması, bankın mövcud kredit məhsullarından istifadəsinin təmin edilməsi;
  • Kredit məhsullarının müştərinin ehtiyacları və bankın daxili siyasət və prosedurlarına uyğunluğunun təmin edilməsi;
  • Sifarişi təmin etmək məqsədilə müştərinin ilkin maliyyə və qeyri-maliyyə təhlilinin həyata keçirilməsi;
  • Kredit risk anderraytinq və sonrakı mərhələlərdə müvafiq komitələrdə təsdiqini tapmaq üçün limitlər və kredit komitəsinə təkliflərin təqdim edilməsi;
  • Müştərinin səlahiyyətli nümayəndəsi və müvafiq müştəri meneceri vasitəsilə görüşlərin keçirilməsi;
  • Müştəridən ilkin təhlil və risklərin təyin edilməsi üçün lazımi məlumatın tələb edilməsi, risk anderraytinqinə müvafiq məlumatın çatdırılması və ehtiyac olduqda əlavə tələb olunan informasiyanın müştəridən alınıb koordinasiya edilməsi;
  • Kredit və limitlərin öncədən təyin edilmiş limitlər və məqsədlər çərçivəsində istifadəsinə nəzarət;
  • Müstəqil olaraq kredit strukturu və müştəriyə uyğun olan optimal məhsul qarışığına qərar verilməsi.

Sizdən nə tələn olunur?

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il təcrübə 
  • Xarici dil bilikləri: İngilis dili (orta)
  • Kompüter bilikləri: Microsoft Office
  • Texniki biliklər: IFRS

Müraciət edin:

Tələblərə cavab verən namizədlərdən müraciətləri 05.06.2022-ci il tarixinədək başlıq hissədə “Korporativ və İnstitusional Bankçılıq üzrə Kredit Analitiki” qeyd edərək [email protected]  mail adresinə göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.