Show

07 May

Azerconnect işçi axtarır – VAKANSİYA

Azerconnect Təşkilati dizayn və inkişaf üzrə baş mütəxəssis vəzifəsinə işçi axtarır.

Vakansiya haqqında:

Funksiya: İnsan Resursları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 16.05.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Təşkilatı dizayn proseslərinin uyğun prinsiplər, şirkət strategiyası və fokus sahələri əsasında idarə edilməsini təmin etmək
  • Təşkilatın struktur bölmələrində yeni strukturların hazırlanması və tətbiq edilməsi zamanı əlaqədar tərəflər ilə prosesi idarə edilməsini həyata keçirmək və təşkilati strukturların yeni saxlanılmasını təmin etmək
  • Təşkilatda vəzifə adları və səviyyələrinin düzgün tətbiq edilməsini idarə etmək və biznes ehtiyaclarına uyğun dəyişiklikləri həyata keçirmək
  • Təşkilatın struktur bölmələrində vəzifə öhdəlikləri və iş yükü ilə bağlı ziddiyətli məqamlar zamanı, vəzifə öhdəliklərini və məsuliyyət siyahısının düzgün təhlilini təmin etmək və təşkilatı dizayn prinsiplərinə uyğun olaraq əlaqədar tərəflərə həllər təklif etmək
  • Təşkilati dəyişikliklər zamanı əlaqədar tərəflər ilə uyğun uzlaşmanı həyata keçirmək və iş təhlili, vəzifə dərəcələndirməsi və büdcə prosesləri üçün lazımi məlumatların (biznes təhlili, vəzifə öhdəliyi və s.) təqdim edilməsinə təmin etmək
  • Cari təşkilati dizayn və inkişaf proseslərinin təhlil edilərək inkişafa ehtiyacı olan tərəflərini müəyyən etmək və əlaqədar tərəflərdən gələn rəylər əsasında davamlı inkişafı təmin etmək
  • İşçi planlaması proseslərini şirkət strategiyasına uyğun olaraq və struktur bölmələri ehtiyacı əsasında həyata keçirmək və təsdiqlənmiş plan əsasında müəyyən edilmiş işçi heyəti sayının idarə edilməsini təmin etmək
  • Təşkilatda kariyeranin effektiv idarə edilməsi üçün kariyera xəritələrinin hazırlanmasını və tətbiq edilməsini təmin etmək, yenilikçi təcrübələrin və metodlogiyaları inkişaf etdirmək 

Vəzifənin tələbləri:

  • Ali təhsil (İnsan Resursları/Menecment sahəsində Bakalavr və ya Magistr təhsilin olmasına üstünlük verilir)
  • İnsan Resursları sahəsində 3-5 il iş təcrübəsi
  • Mükəmməl səviyyədə Azərbaycan və İngilis dili biliyi
  • Mükəmməl səviyyədə Microsoft Office (Excell, PowerPoint, Word, Microsoft Visio) istifadə bacarığı
  • Araşdırma və təhlil etmə bacarığı
  • Komanda işi və əməkdaşlıq
  • Güclü ünsiyyət bacarığı
  • Nəticəyə yönəlmə bacarığı
  • İnnovativ düşünmə

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.