Show

29 Aprel

Xalq Bank işçi axtarır – VAKANSİYA

Xalq Bank Metodologiya şöbəsinin stajçı mütəxəssisi (baş mütəxəssisi) vəzifəsinə işçi axtarır.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

Nami̇zədə Dai̇r Tələblər:

  • Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil);
  • Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına dair biliklər;
  • Bank işi sahəsi üzrə biliklər;
  • Azərbaycan dilinin orfoqrafiyasını və qrammatikasını mükəmməl səviyyədə bilmək;
  • Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”, “Visio, Excel, DraW IO”);
  • Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.

İşi̇n Təsvi̇ri̇:

  • Bankın biznes proseslərini və struktur bölmələrin işini əhatə edən normativ aktların hazırlanması;
  • Bankın məhsul və xidmətləri üzrə tələb olunan normativ aktların hazırlanması;
  • Bankın struktur bölmələrinin və idarəetmə orqanlarının əsasnamələrinin hazırlanması və Bankın strukturda baş vermiş dəyişikliyi müvafiq normativ aktlarda əks etdirilməsi;
  • Bankın əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması;
  • Bank biznes proseslərinin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması;
  • Biznes proseslərin blok-sxemlərlə təsvir edilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 404 43 39

Faks: (012) 404 43 34