Show

29 Aprel

Leobank işçi axtarır – VAKANSİYA

LeoBank Ödənişlər, kart hesablarının artırılması, Loyallıq və Keşbek istiqaməti, mütəxəssis/ aparıcı / baş mütəxəssis vəzifəsinə işçi axtarır.

Tapşırıqlar:

  • Ödəniş terminalları vasitəsi ilə kart hesablarının artırılması, funksionallığın təmin edilməsi və terminal şəbəkəsi üzrə tərəfdaşlarla hesablaşmalara nəzarət edilməsi;
  • SQL, Excel –dən istifadə edərək hesabatların (reports) hazırlanması;
  • Nağdsız ödənişlər üzrə təhlil və bazar araşdırmasının aparılması, ödənişlərlə bağlı tariflərə təkliflərin verilməsi;
  • Mobil tətbiq üzərindən aparılan ödənişlərə nəzarət edilməsi, ödənişlərin çeşidi və funksionallığı ilə bağlı təkliflərin verilməsi;
  • Nağdsız ödənişlər üzrə loyallıq proqramına dair təkliflərin verilməsi;
  • Nağdsız ödənişlərə görə cashback -in kateqoriyaları və faizləri ilə bağlı təhlillərin aparılması, mütəmadi olaraq təkliflərin verilməsi;
  • Bankın korporativ aktları ilə müəyyən olunmuş və Departamentin funksiyasına uyğun olan digər vəzifələrin icra edilməsi.

Tələblər:

  • Excel üzrə biliklər;
  • SQL üzrə biliklər;
  • Nağdsız ödənişlər üzrə biliklər;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Azərbaycan və rus dilləri üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər (email-ın mövzu hissəsində Ödənişlər və kart hesablarının artırılması istiqaməti, mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis qeyd etməyiniz xahiş olunur).