Show

30 Aprel

Nar Mobile işçi axtarır – VAKANSİYA

Nar Mobile Retail Sales Specialist (Zagatala, Balakan, Gakh, Shaki, Oghuz, Gabala, Ismayilli) vəzifəsinə işçi axtarır.

Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və ya həmin ərazilərə yaxın rayonlarda yaşayan namizədlər nəzərə alınacaqdır.

Vakansiya haqqında:

Funksiya: B2C Satış
İş qrafiki: Standart
İş yeri: Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonları
Son müraciət tarixi: 15.05.2022

Sizin əsas vəzifə öhdəlikləriniz:

  • Diler satış nöqtələrində satış prosedurlarına nəzarət etmək və onları təkmilləşdirmək 
  • Diler satış nöqtələrində Nar məhsullarının birbaşa satışını təşkil etmək
  • Nəzarət etdiyi satış nöqtələrinin satış hədəflərinə çatmasına dəstək olmaq
  • Distribyutor və diler əməkdaşlarının Nar məhsul və xidmətləri haqqında bilik səviyyələrinin artırılmasına dəstək göstərmək və ehtiyac olduqda onlara təlimlər keçmək
  • Diler şəbəkəsində Nar reklam materiallarının aktuallığı və xarici görünüşünə nəzarət etmək
  • Yeni satış nöqtələrini araşdırmaq, biznes plana uyğun olaraq təyin olunmuş bölgə üzrə satış kanallarını inkişaf etdirmək
  • Yeni satış nöqtələri üçün təklif olunan mağazalara baxış keçirmək, qəbul və təhvil-təslim aktlarını hazırlamaq, bağlanmış mağazalar haqqında rəhbərliyi məlumatlandırmaq
  • Rəqib operatorların fəaliyyəti haqqında daim məlumatlı olmaq
  • Rəhbərlik tərəfindən təyin olunmuş hədəfləri yerinə yetirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil
  • Pərakəndə satış sahəsində 2-3 il iş təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

  • Ünsiyyət qurma bacarığı
  • Qərar qəbul etmə bacarığı
  • Danışıqlar apara bilmək qabiliyyəti
  • Azərbaycan dilini mükəmməl bilmək (Rus və İngilis dillərini bilmək üstünlük hesab olunur)
  • MS Office proqramlarını bilmək
  • ‘’B’’ kateqoriya sürücülük vəsiqəsi

Başlıqda  ‘’Pərakəndə satış üzrə mütəxəssis (Zaqatala, Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı)” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.. 

Uyğun namizədlər [email protected] mail adresinə CV-lərini yollaya bilətlər.