Bank of Baku Fullstack developer vəzifəsinə işçi axtarır.
Əsas vəzifə və öhdəliklər:
- Backend xidmətlərinin və frontend proqramlarının inkişafını təmin etmək
- Sadə və oxunaqlı kodların yazılmasına nail olmaq
- Yeni layihələrin həyata keçirilməsində təşəbbüskarlıq nümayiş etdirmək
- Yeni və mövcud layihələri texniki dəstəkləmək
Tələblər:
- Ali təhsil (İnformasiya texnologiyaları sahəsi üstünlükdür.)
- Fullstack və frontend proqramlarının inkişafı üzrə 1 ildən çox iş təcrübəsi
- Məlumatların modelləşdirilməsi və verilənlər bazasının dizayn ilə bağlı təcrübə
- Backend (Java, Spring Boot, Hibernate, REST) və Frontend (HTML/CSS, JavaScript, Angular, TypeScript) texnologiyaları üzrə biliklərə malik olmaq
- PL/SQL, SQL üzrə biliklər
- Alqoritmləri, məlumat strukturlarını, arxitekturaları, xüsusilə Microservice arxitekturasını yaxşı səviyyədə bilmək
- Service Oriented Architecture (SOA) və GIT ilə iş təcrübəsi
- DevOps texnologiyalar yığını (Docker, Jenkins, Kubernetes) üzrə biliklərin, həmçinin yeni texnologiyaları (çərçivələr, dillər və ya alətlər) öyrənmək və tətbiq etmək istəyinin olması
- Azərbaycan dili əla, ingilis dili və rus dili üzrə yaxşı səviyyədə biliklər
- Ünsiyyətqurma və təşkilatçılıq bacarıqlarının olması
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinin, həmçinin vaxtı idarəetmə bacarığının yaxşı səviyyədə olması
- Agile təcrübəsinin (Scrum, Kanban) olması üstünlükdür.
İş qrafiki: 5 iş günü, 09:00-18:00
İş yeri: Əməliyyat Mərkəzi (Nərimanov ray., Ağa Neymətulla küç. 63/65)
Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Fullstack developer qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.