Show

25 Aprel

Optimal Finance BOKT işçi axtarır – VAKANSİYA

Optimal Finance BOKT Baş mühasib vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil (maliyyə istoqamətində);
  • Bank sahəsində baş mühasib vəzifəsində ən azı 2 il iş təcrübəsi;
  • Vergi Məcəlləsi, Mülki Məcəllə və Sosial sığorta haqqında qanun üzrə mükəmməl biliklər;
  • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • MUP (mühasibat uçotu proqramları) və MS Office, xüsusilə MS Excel üzrə qabaqcıl istifadə bacarıqları;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq

Əsas vəzifələr:

  • Vergi, Sosial Müdafiə, Mərkəzi Bank, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin etmək; 
  • Qanunvericilikdə baş verən müvafiq dəyişiklikləri müntəzəm izləmək, şirkətin proseslərinin müvafiq qaydada uyğunlaşmasını həyata keçirmək;
  • Vergi planlaması və vergi risklərin azaldılmasına dair işlər aparmaq;
  • Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət etmək və uçotun şirkətin vergi siyasətinə uyğunluğunu təmin etmək;
  • Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsini təmin etmək;
  • Vergi və digər dövlət qurumları ilə yazışmalar və müzakirələr aparmaq;
  • Müasir hesablama texnikası/proqram təminatından istifadə edərək proqressiv forma və üsulların işlənib hazırlanması və tətbiq edilməsində iştirak etmək;
  • Sənədlərin, ona məlum olan əməliyyatlar və xidməti tapşırıqların məxfiliyinin lazımi səviyyəsini qorumaq;

İş şəraiti:

  • Tam iş günü, iş qrafiki I-V günlər, şənbə və bazar günü istirahət;
  • Əmək haqqı: 1000 azn;

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzu yerində “Baş mühasib - BOKT” qeyd edərək CV ilə [email protected] mail adresinə müraciət edə bilərlər.