Show

23 Aprel

Kontakt Home işçi axtarır – VAKANSİYA

Kontakt Home Kassir (Cəlilabad) vəzifəsinə işçi axtarır.

Təsvir:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
  • Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
  • Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.

İş şəraiti: İş günləri: hər 3 gündən bir istirahət günü;

Tələblər:

  • Ali təhsil;
  • Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
  • Microsoft Office programları üzrə biliklərə malik olmalı;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.

Qeyd olunan tələblərə uyğun namizədlər  linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.