Kristal Abşeron Korporativ hüquqşünas vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali təhsil (hüquq elmləri üzrə);
- Hüquq sahəsində 2 ildən çox iş təcrübəsi,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili və ingilis dili arzuolunandır,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin, o cümlədən beynəlxalq müqavilə və sazişin hüquqi ekspertizasını həyata keçirtmək;
- Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək;
- Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək;
- Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirmək, onların müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin etmək;
- Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Korporativ hüquqşünas” üzrə yazmaqla [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.