PASHA Capital Daxili nəzarət bölməsinin baş mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
Qanunvericiliklə investisiya şirkəti fəaliyyəti üçün müəyyən edilmiş davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi; Əsas və yardımçı investisiya xidmətlərini əhatə edən daxili qayda və prosedurların hazırlanması; Şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi; Mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsi; Sorğuların cavablandırılması; Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.
Namizədlərə əsas tələblər:
Maliyyə, iqtisadiyyat və ya hüquq üzrə ali təhsil; Nəzarət sahəsində ən azı 2 il, investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur; Qiymətli kağızlar bazarı üzrə qanunvericilik haqqında dərin biliklər; İnvestisiya şirkəti fəaliyyətinə dair prudensial tələblər barədə dərin biliklər; Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması; MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı; Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.