Show

25 Aprel

Araz Market işçi axtarır – VAKANSİYA

Araz Market Nizam – İntizam Məsələləri üzrə Mütəxəssis vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali təhsil;
  • Korporativ şirkətlərdə müvafiq iş təcrübəsi 1-3 il;
  • MS Office bilikləri;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı.

Vəzifə öhdəlikləri:

  • İR Biznes Tərəfdaşlıq Şöbəsi, Daxili Nəzarət strukturu və mağazalardan gələn nizam-intizam məsələlərinə aid elektron məktubları cavablandırmaq;
  • Qayda pozuntusunun dəqiqliyini yoxlamaq üçün nizam-intizam qaydalarını pozan şəxsdən, həmin şəxsin birbaşa rəhbərindən və hadisənin digər şahidlərindən izahat almaq;
  • Prosedura uyğun olaraq nizam-intizam qaydasını pozmuş əməkdaşa şifahi və ya yazılı xəbərdarlıq, töhmət, şiddətli töhmət vermək və ya işdən azad edilməsi üçün müvafiq İR Əməliyyat üzrə mütəxəssisə yönləndirmək;
  • Şifahi və ya yazılı xəbərdarlıq, töhmət, şiddətli töhmət almış əməkdaşın məlumatlarını şirkətin müvafiq proqram təminatına daxil etmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Nizam-İntizam məsələləri üzrə Mütəxəssis” adını mövzu hissədə qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.