Bizim Market Kiçik Audit Mütəxəssisi vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Xidmətin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planının hazırlanmasında iştirak etmək;
- Mövcud struktur bölmələri üzrə plan daxilində və ya plandan kənar audit yoxlamalarını aparmaq və təşkil etmək;
- Yoxlama zamanı həyata keçirilən təhlillərin, nəzarət tədbirlərinin və audit rəylərini sənədləşdirmək;
- Audit nəticələrinə dair hesabatların tərtib edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (audit, mühasibat uçotu, maliyyə-kredit, hüquq);
- Müvafiq sahə üzrə ən azı 2 (iki) il iş təcrübəsi;
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır);
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Ünsiyyət qurma bacarığı;
- Məsuliyyətlilik.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur
Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.