Show

21 Aprel

PAŞA Bank işçi axtarır – VAKANSİYA

PAŞA Bank Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis vəzifəsinə işçi axtarır.

İşiniz nədən ibarətdir?

  • Sxem və proseslərə əsasən istifadəçi, şəbəkə, proqram, sistem və fiziki aktivlərə giriş monitorinqinin aparılması;
  • Məlumat sistemlərinin daxili və xairici təhdidlərdən qorunması;
  • İnsidentin prioritetliyinin müəyyən edilməsi;
  • Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq məqsədilə təhlükəsizlik hallarının monitorinqi və analizinin aparılması üçün müxtəlif təhlükəsizlik və monitorinq vasitələrindən istifadə;
  • İnsidentlərin mövcudluğunun yoxlanılması;
  • Son istifadəçilər tərəfindən imeyl vasitəsilə daxil olan həyacanların nəzərdən keçirilməsi və sorğu açılması;
  • Daxil olan sorğuların birinci dərəcəli çeşidlənməsinin aparılması;
  • Hadisənin prioritetliyinin ilkin qiymətləndirilməsi, risk və zədələrin müəyyən edilməsi, təhlükəsizlik və ya məxfi məlumat sorğusunun müəyyən edilməsi məqsədilə insidentin aşkarlanması;
  • İlkin tədqiqatın aparılması, həyəcanların və onlara asılı olan sistemlərin monitorinqi;
  • Yüksək prioritetli insidentlər haqqında L2 analitiklərin məlumatlandırılması və insidentlərin L2 analitiklərinə eskalasiya edilməsi;
  • İnsidentlərin həllində və onların eskalasiya olunduğu təqdirdə aktiv iştirak;
  • İnsidentin idarəedilməsi prosesini dəstəkləmək üçün digər komanda heyəti ilə sıx əməkdaşlıq;
  • Təyin olunmuş sorğuların növbəliliyi əsasında işlənilməsi;
  • Aşağı və bəzi orta dərəcəli insidentlərə cavab verilməsi;
  • Yanlış həyəcanlarla bağlı mühəndislik komandasına məlumat verilməsi;
  • Cari zəifliklər və təhdidlər haqqında daxili sistemlərə birbaşa təsir edənlər haqqında məlumatlı olmaq.

Sizdən nə tələb olunur?

  • Təhsil: İnformasiya Texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahədə Bakalavr təhsili 
  • İş təcrübəsi: İT Əməliyyatları üzrə 0-1 il
  • Dil bilikləri: İngilis və Rus
  • Lisenziya və sertifikatlar: CCNA, RHCSA, MCP, MCITP, CCNA Security, CompTIA Security+
  • Kompüter bilikləri:  
  • Ümumi kibertəhlükəsizlik anlayışı
  • Ümumi desktop OS və server OS biliyi
  • Şəbəkə protokolları (i.e. TCP/IP)
  • Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında ümumi məlumat
  • Active Directory, LDAP, DNS, VPN və DHCP haqqında anlayış
  • Брандмауэры на основе хоста, защита от вредоносных программ, HIDS haqqında bilik

Digər:

  • Güclü analitik və problem həll etmə bacarıqları
  • Komandada iş
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
  • Cari insidentə cavab siyasəti ilə işləmək bacarığı

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 18.05.2022-ci il tarixinədək başlıqda “Kibertəhlükələrin aşkarlanması və İnsidentlərin Monitorinqi üzrə Kiçik Mütəxəssis” qeyd edərək [email protected]  mail adresinə göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.