Show

24 Aprel

Mətanət A işçi axtarır – VAKANSİYA

Mətanət A İKT mütəxəssisi vəzifəsinə işçi axtarır.

İşin təsviri:

  • Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təmininin həyata kecirilməsi;
  • İKT sahəsində yeni avadanlıqların alınması, proqram təminatının, informasiya sistemlərinin yenilənməsi və lisenziyaların alınması, tədarükçülərinin axtarışı, təhlili və seçimi;
  • İKT məzmunlu tələblərin təqibini və koordinasiyasını aparmaq;
  • Maraqlı tərəflərlə (istifadəçi nümayəndələri ilə) İKT xidmət səviyyəsi üzrə mütəmadi olaraq görüşlər təşkil edilməsi;
  • Çatdırılmanın, logistika və nəqliyyat nəzarətinin təşkili;
  • Alınan malların keyfiyyətinə nəzarət.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və Bazar günü.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Yaş həddi: 25-45
  • Təhsili: Ali təhsilli.
  • Qeyd olunan sahədə İş təcrübəsi: Minimum 3 il.
  • Dil bilikləri:Azərbaycan dili sərbəst, İngilis və Rus dilini bilməsi mütləqdir.
  • Kompüter biliyi: Word, Excell, Internet Explorer.

Tələblər:

  • Təchizat sahəsində təcrübə mütləqdir(texniki biliyi olan, İKT avadanlıq, elektronik malların və onların ehtiyyat hissələrinin alışı təcrübəsinin olması şərtdir)
  • Yaxşı Analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
  • Müvafiq sahəyə uyğun sertifikatların olması və İT infrastrukturu üzrə tədarükçü bazasına bələd olması əsas tələbdir
  • Satınalma sənədlərinin hazırlanma qabiliyyəti;
  • Satınalma müqavilələri ilə işləmə bacarığı;
  • Yüksək məhsuldarlıq və iri həcmli informasiyalarla işləmə qabiliyyəti;
  • Xarici və daxili ezamiyyətlərə getmə imkanı.

Qeyd:

  • İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
  • Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] e-mail ünvanına göndərin.