Veysəloğlu Satış müdiri vəzifəsinə işçi axtarır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Rəhbər vəzifədə ən azı 3 il iş təcrübəsi
Təhsil: Müvafiq sahədə ali təhsil (Biznesin İdaredilməsi, İqtisadiyyat, Maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür).
Vəzifə öhdəlikləri:
- Şirkətin məhsulları üçün potensial bazarları müəyyənləşdirmək məqsədilə sorğular keçirmək;
- Mövcud çeşidlərin yeniləri ilə əvəz olunması üçün rəhbərliyə təkliflər vermək;
- Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək;
- Satış proqnozları və strateji planlaşdırmadan istifadə edərək məhsulların rentabelliyi və satışını müəyyənləşdirmək, biznesin inkişafını analiz etmək və bazar tendensiyalarının monitorinqini aparmaq;
- Satış nöqtələri ilə əldə edilən razılaşmaya əsasən (rəf payı, düzülüş) tətbiq edilən kampaniyaların şərtlərinin həyata keçirilməsini yoxlamaq və hesabat halına salmaq;
- Direktor ile birliktə rüblük satış hədəflərini təyin etmək və bu hədəflərə nail olmaq üçün fəaliyyət proqramı hazırlamaq və həyata keçirilməsini təşkil etmək;
- Aylıq, rüblük və illik əsaslarda satış hədəflərinə nail olunmasını təmin etmək;
- Müştərilərin məlumat bazasının dəqiqlik və mükəmməllik üçün satış proqramlarının monitorinqini təmin etmək.
Tələblər:
- Satış dövriyyəsi sahəsində rəhbər vəzifədə iş təcrübəsinin olması;
- Fərdi söhbət və problemi həlletmə bacarıqlarına malik olmaq;
- Liderlik qabiliyyəti;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
- Azərbaycan və Rus dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı.
- Ərazidə əsas müştərilərlə əlaqələrin idarə edilməsi və inkişafı
- Aylıq hesabatların hazirlanmasi
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.
İş qrafiki: 5 günlük
Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Satış müdiri” yazmaqla CV göndərərək müraciət edilir.