AzİnTelecom Data analitika üzrə menecer vəzifəsinə işçi axtarır.
Vəzifə öhdəlikləri:
- Biznesdə maraqlı tərəflərin sorğularını şərh etmək və biznes problemləri üzrə həll olunan məlumat bazaları hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək bacarığı;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması, yenidən öyrədilməsi;
- Müvafiq məhsullar üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanı araşdırmaq və bununla bağlı təkliflər vermək;
- Müvafiq mürəkkəblik səviyyəsində qabaqcıl analitik modelləri inkişaf etdirmək və biznesin yaxşılaşdırılması üçün həll yolları təklif etmək;
- Verilənlər bazası və məlumat toplama sistemlərinin hazırlanması və tətbiqi;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlamaq;
- Statistik üsullardan istifadə edərək məlumatların təhlili və hesabatların təqdim olunması;
- Datalardakı anomaliyaları müəyyən etmək, onları oxuya bilmək və həll üçün hipotezalar yarada bilmək bacarığı;
- Dataların təmizlənməsi və emala uyğun formaya salınması;
- Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
- Optimallaşmış SQL sorğularla müxtəlif reportların alınması;
- Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib etmək.
Tələb olunan bilik və bacarıqlar:
- Riyaziyyat, Statistika, Ehtimal nəzəriyyəsi, Kompyüter elmləri, Data elmləri sahələri üzrə bakalavr dərəcəsi;
- Python və ya R proqramlaşdırma dilləri üzrə biliklər;
- Power BI işləmə bacarığı;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Struktur bölmənin fəaliyyətinin planlanması və təşkili;
- İşlərin strukturlaşdırılması və iş səmərəliyinin artırılması;
- Komanda üzvlərinin fəaliyyətini nəzarətdə saxlamaq;
- KPI lövhələrinin yaradılması və yenilənməsi;
- Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
- İri həcmli datalarla iş təcrübəsi, nəticə yönümlülük;
- Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlar hazırlamaq;
- Ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected]z e-mail ünvanına göndərə bilərlər.