Baku Electronics Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarır.
Xüsusi Tələblər:
- Təhsil: Ali;
- MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
- Analitik düşüncə;
- Müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama bacarığı;
- İş təcrübəsi: 1 ildən az.
Vəzifə öhdəlikləri:
- Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
- Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
- Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
- Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
- Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
- Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
- Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.