PASHA Capital Satış Qrupunun Operatoru vəzifəsinə işçi axtarır.
Sizin rolunuz:
Siz tez bir zamanda məlumat əldə etməyə, problemi həll etməyə və ya telefonla sifariş verməyə kömək edən mütəxəssissiniz.
Siz müştərinin tapşırığını aşkar edən və zəngi bu vəziyyətdə səlahiyyətli işçiyə ötürən bir mütəxəssissiniz.
Siz Şirkətimiz və müştərilərimiz arasında əsas vasitəçisiniz.
Biz fərqliyik, tezliklə bizə qoşulun!
Vəzifə və öhdəliklər:
- Daxil olan zənglərin vaxtında cavablandırılması və yönləndirilməsi;
- Müştərilərin sorğularının cavablandırılması;
- Müştərilərə İnvestisiya şirkətinin məhsul və xidmətləri haqqında məlumatların verilməsi;
- Görülən işlə bağlı hesabatların hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya;
- Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma və dinləmə bacarığı;
- Dəqiqlik və operativlik;
- Fərdi və komanda tərkibində işləmə bacarığı;
- Potensial müştəri ilə ünsiyyətdə satış bacarığı;
- İş təcrübəsi – 1 ildən 3 ilə qədər;
- Dil bilikləri: Azərbaycan və İngilis dili - əla, Rus dili – əla/yaxşı;
- Kompüter bilikləri – MS Office.
Bizim komandaya qoşulmaq üçün CV-nizi [email protected] başlığını qeyd etməklə göndərin.