Global Logistics Services Logistika üzrə menecer vəzifəsinə işçi axtarır.
Öhdəliklər:
- Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
- Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
- Nəqliyyatın planlaşdırılması və sifarişi
- İdxal və İxrac əməliyyatlarına nəzarət
- Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
- Gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi
- İdxal və İxrac əməliyyatları üçün nəzərdə tutulan fitosanitar, mənşə və digər sertifikat, lisenziya, icazələrin alınması
- Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
- Nəqliyyat və gömrük sənədləri ilə iş; bütün zəruri icazələrin hazırlanması
- Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması
- Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi
- İş qrafiki: 09:00-dan 18.00-dək
- Əmək haqqı: 800-1200 AZN + əlavə bonus (motivasiya proqramı)
- Nahar: 13:00-dan 14:00-dək
- İş günləri: Bazar ertəsi - Cümə
Namizədə tələblər:
- Təhsil dərəcəsi: Bakalavr
- Logistika istiqaməti üzrə təcrübə
- Təcrübə: Sahə üzrə 1-3 il
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan və İngilis dillərini əla səviyyədə bilmək, Rus dili biliyi üstünlükdür.
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
Vakansiya üzrə gösdəricilərə cavab verən namizəd, mövzu bölməsində Logistika üzrə menecer qeyd etməklə CV–ləri [email protected] email ünvanına göndərə bilərsiniz.