PASHA Bank Telesatış üzrə Assistent vəzifəsinə işçi axtarır.
İşiniz nədən ibarətdir?
- Müxtəlif kanallardan (bank məlumat bazası, onlayn kanallar və s.) daxil olan fərdi müştərilərə telefon və digər onlayn kanallar vasitəsilə bank məhsullarının satışı;
- Telefon vasitəsilə pərakəndə bank məhsullarının (MilesSmiles, ipoteka, istehlak kreditləri və s.) satışı;
- Mövcud müştərilərə bank məhsulları (məhsul şərtləri, kampaniyalar və s.) haqqında telefon, elektron poçt və digər kanallar vasitəsilə məlumatların təqdim edilməsi;
- Müvafiq strukturlardan yönləndirilən müştərilərin təqibi;
- Müxtəlif satış kanalları vasitəsilə müştəri sorğularının cavablandırılması;
- Telefon vasitəsilə sorğu və monitorinqlərin aparılması, daxili və xarici baza müştərilərinə telefonla məhsulların təklif edilməsi;
- Məhsul və xidmətlər haqqında sorğuların yönləndirilməsi və izlənilməsi.
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
- İş təcrübəsi: Bank və sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir
- Xarici dil biliyi: Rus və İngilis
- Kompüter bilikləri: Microsoft Office
- Məhsul bilikləri: Kredit və ödəniş kartı məhsulları
- Bazar biliyi: İstehlak krediti, ödəniş kartı və pərakəndə bank məhsullarının xüsusiyyətləri (debet və kredit ödəniş kartları, istehlak kreditləri və s.)
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 30.04.2022-ci il tarixinədək başlıqda “Telesatış üzrə Assistent” qeyd edərək [email protected] MAİL ADRESİNƏ göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.