Show

13 Aprel

PASHA Insurance işçi axtarır – VAKANSİYA

PASHA Insurance Hüquqşünas vəzifəsinə işçi axtarır.

Vəzi̇fə və Öhdəli̇klər:

  • Şirkətin fəaliyyətinin hüquqi təminatı üçün hüquqi ekspertiza üzrə funksiyaların icra edilməsi;
  • Qəbul edilən sorğular əsasında hüquqi rəy, müvafiq orqan, idarə və təşkilatlara sorğuların hazırlanması;
  • Agent müqavilələrinin layihələrinin hazırlanması və qeyd olunan sənədlərin reyestrinin aparılması və agentlər üzrə tələb olunan sənədlərin toplanması və saxlanılması;
  • Müvafiq dövlət orqanlarına və digər şirkət və təşkilatlara sorğuların hazırlanması və göndərilməsi və onlardan cavabların qəbul edilməsi;
  • Şirkətin tərəfi olduğu müqavilələrin (sığorta müqavilələri istisna olmaqla) hüquqi ekspertizası keçirməklə vizalanması işini təşkil etmək;
  • Şirkətin daxili proseslərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak etmək;
  • Daxil olan sorğulara əsasən tender üzrə şirkətin təsis sənədlərinin hazırlanmasında iştirak etmək;
  • Digər strukturların əməkdaşlarının hüquqi maariflənməsi işinə dəstək olmaq;
  • Qanunvericiliklə müəyyən olunmuş qaydada etibarnamə əsasında məhkəmələrdə və digər hüquq mühafizə orqanlarında Paşa Sığorta ASC-nin mənafeyinin müdafiə edilməsini, bununla əlaqədar prosessual sənədlərin hazırlanmasını təmin etmək;
  • Özünün fəaliyyəti üzrə dövri hesabatların hazırlanması;
  • Şirkətin fəaliyyəti üzrə hazırkı təlimatda nəzərdə tutulmayan digər hüquqi tapşırıqların icra edilməsində iştirak etmək.

Bi̇li̇klər:

  • Ali hüquqi təhsil;
  • Dil bilikləri: yazılı və şifahi Azərbaycan və İngilis dili, Rus dili arzuolunandır;
  • Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, şirkət daxilində qüvvədə olan normativ aktları bilmə və istiqamətləndirmə;
  • Hüququn mülki, əmək sahələrini, sığorta qanunvericiliyini yaxşı bilmə, digər sahələrdə orta biliklər.

Təcrübə:

  • Bu sahədə 2-3 il iş təcrübəsi.

Bacarıqlar:

  • Çətin şəraitdə işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Ünsiyyət qurma;
  • Təşəbbüskarlıq.

Son müraciət tarixi: 30 aprel, 2022.

Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi göndərin.