“Kapital Bank” ASC namizədləri Cəlilabad rayon filialı üzrə Mikrokreditlər bölməsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi / Baş mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;
Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;
Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;
Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.