“Kapital Bank” ASC namizədləri Beyləqan rayon filialının Mikrokreditlər bölməsinin mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər
- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
- Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir.
Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.