Show

12 Aprel

Kapital Bank işçi axtarır – VAKANSİYA

“Kapital Bank” ASC namizədləri Masallı rayon filialı üzrə Mikrokreditlər bölməsinin Mütəxəssisi / Aparıcı mütəxəssisi / Baş mütəxəssisi vakansiyasına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək;

- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək;

- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq;

- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;

- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq;

- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək;

- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək

- Görülmüş işlər üzrə hesabatlar vermək.

Tələblər

- Ali təhsil (İqtisadi təhsili olanlara üstünlük verilir);

- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);

- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;

- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;

- Tələb olunan sahə üzrə iş stajı təklif edilən vəzifəyə görə dəyişir.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.