Unicapital Hüquqi işlər üzrə baş menecerin müşaviri vəzifəsinə işçi axtarır.
Tələblər:
- Ali hüquqi təhsil (magistr və ya ona uyğun təhsilə üstünlük veriləcək);
- Korporativ hüquq və ya hüquqi konsaltinq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
- Layihə və ya işçi qrup tərkibində minimum 1 il iş təcrübəsi;
- Maliyyə sektoru qanunvericiliyini bilmək;
- Danışıqlar aparmaq (tərəf müqabilləri və dövlət orqanları ilə) bacarığı və problemli vəziyyətlərin həlli təcrübəsi;
- Fəaliyyət/layihə planları və ona uyğun icra müddətləri çərçivəsində sərbəst işləmə bacarığı;
- Azərbaycan dili üzrə sərbəst bilik;
- İngilis və Rus dilləri üzrə orta səviyyədə danışıq və yazı vərdişləri;
- Kompüterdən normal istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Excel, Word, Outlook), İnternetdə işləmə bacarığı);
- Digər komanda üzvləri ilə əlaqədə işləmək bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı;
- Qanunvericilikdə baş verən və şirkətin əsas fəaliyyətinə və iştirak/icra etdiyi layihələrə təsir edə biləcək dəyişiklikləri müntəzəm izləmək;
- Eyni/oxşar vəzifədə daha öncə çalışmış namizədlərə üstünlük veriləcək.
Əsas vəzifə öhdəlikləri:
- Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə zəruri hüquqi dəstəyi təmin etmək;
- Həyata keçirilən biznes layihələri ilə bağlı dövlət orqanlarında qeydiyyat, ləğv, lisenziyalaşdırma və s. işləri bilavasitə həyata keçirmək;
- Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək, zəruri olduqda hüquqi sənəd formalarını hazırlamaq;
- Cəlb edildiyi biznes istiqamətlər və layihələr üzrə hüquqi tənzimlənməni hazırlamaq, icrasını həyata keçirmək və qanunauyğunluğunu təmin etmək;
- Müvafiq istiqamətlər üzrə hüquqi risklər barədə rəhbərliyi mütəmadi olaraq məlumatlandırmaq və zəruri məsləhətlər vermək;
- Müxtəlif işçi qrupların və layihələrin tərkibində iştirak etmək, həmçinin tələb edildikdə müstəqil (fərdi) olaraq tapşırıqları icra etmək;
- Şirkətin törəmə müəssisələri ilə hüquqi işin təşkili və icrası;
- MA məsələləri üzrə hüquqi dəstəyi təmin etmək;
- Audit yoxlaması nəticələri əsasında effektiv fəaliyyət planları hazırlamaq və icra etmək.
İş saatları: 9:00 - 18:00.
Müraciət mövzusunda “Hüquqi işlər üzrə Baş Menecerin müşaviri” qeyd edilərək [email protected] mail adeüsinə CV-lərinizi yollaya bilərsiniz.