PASHA Life Biznes proseslərinin idarəedilməsi şöbəsinin baş mütəxəssisi işçi axtarır.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 24 aprel 2022-ci il
Vəzifə Öhdəlikləri:
- Biznes proseslərin analizi bacarığı;
- Daxili normativ sənədlərin yazılması və rəy verilməsi;
- Biznes proseslər üzrə xəritə və blok-sxemlər hazırlamaq;
- Biznes proseslərin təhlili və təkmilləşdirilməsi üçün təkliflər vermək;
- Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlər görmək;
- Proseslər üzrə daxili nəzarət sistemlərini inkişaf etdirmək.
Namizədə olan tələblər:
- İş təcrübəsi: Sığorta sahəsində (əsas fəaliyyət sahəsi üzrə) və ya biznes proseslər üzrə 2 il iş təcrübəsi tələb olunur.
- Təhsili/ixtisası: Filologiya, Fəlsəfə, Tərcümə, Jurnalistika, Kitabşünaslıq, Tarix, Beynəlxalq münasibətlər ixtisasları üzrə bakalavr dərəcəsi.
- Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: orta
- Üstünlüklər: Rus dili biliyi, Sığorta qanunvericiliyi üzrə biliklər, Sığorta üzrə sertifikasiyalar, ERP sistemlərdə işləmə təcrübəsi
- Kompüter bilikləri: MS Office: əla, Visio: orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və dinamikanı anlamaq
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Uyğun namizədlər keçiddən istifadə edərək müraciət edə bilərlər.