Show

16 Aprel

Veysəloğlu işçi axtarır – VAKANSİYA

Veysəloğlu MMC İR üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək 

Vəzifə funksiyaları: 

  • Müxtəlif inkişaf təşəbbüslərinin, fəaliyyət planlarının, proqramların və təlim materiallarının hazırlanması və icrası;
  • Fəaliyyətlərin biznes məqsədlərinə uyğunlaşdırılması və səmərəliliyin artırılması üçün bölmələrin restrukturizasiyası təşəbbüslərində iştirak etmək;
  • Funksional bölmələr və idarələrarası əməkdaşlığı artırmaqla kadrlardan istifadənin optimallaşdırılması;
  • Əməkdaşlarla müsahibələrin təşkili və bacarıqlarının inkişafı istiqamətində müvafiq təşəbbüslərin həyata keçirilməsi;
  • Təşkilati strukturların müvafiq proqram təminatında tərtibatının aparılmasını, yenilənmiş tərtibatların təyin edilmiş qovluqda mütəmadi olaraq yerləşdirilməsini təmin etmək;
  • İR funksiyaları üzrə siyasətlərin, prosedurların, şirkət strukturlarının əsasnaməsinin, vəzifə təlimatlarının hazırlanmasını prosesini həyata keçirmək;
  • Biznesin optimallaşdırılması məqsədilə əməkdaşlar üçün fərdi və ya qrup şəklində təlimlərin təşkili    

Vəzifə tələbləri:

  • Ali təhsil  
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi 
  • Azərbaycan və İngilis dil bilikləri 
  • Yüksək səviyyədə MS Office biliyi
  • Güclü analitik və problem həll etmə bacarığı
  • Cədvəllər, diaqramlar və təqdimatlar hazırlamaq bacarığı 

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə

Müraciət qaydaları: 

CV-nizi elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İR mütəxəssis” yazmaqla göndərməyinizi xahiş edirik.