Kontakt Home Satış məsləhətçisi (Bərdə) vəzifəsinə işçi axtarır.
Təsvir:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü).
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
- Şirkət daxili təlim və inkişaf imkanları
- Karyera yüksəlişi imkanı
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Tələblər:
- Satış təcrübəsi arzu olunandır
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
- Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
- Satış qabiliyyəti olmalı
Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.