Show

11 Aprel

Azərşəkər işçi axtarır – VAKANSİYA

Azərşəkər Satınalma üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Vəzifə ilə bağlı biliklər:

  • Təchizatçılar ilə əlaqələrin qurulması;
  • Satınalma sənədlərinin hazırlanma bacarığı;
  • Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
  • Xarici logistikanı bilməli;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Ölkə xaricindən satın alınan malların sifarişlərinin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
  • Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
  • Xarici və daxili ezamiyyətlərə getməyə imkanı olmalı
  • Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq
  • Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək
  • Satınalma müqavilələrini hazırlamaq, aidiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq
  • Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək
  • Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək

Namizədə tələlər:

  • Təhsil: Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali ixtisas təhsili;
  • Təcrübə: Qeyd olunan vəzifə üzrə 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Kompüter biliyi: Microsoft Ofis (Excel proqramı peşəkar səviyyədə) proqramlarında sərbəst işləmə bacarığıı;
  • Təchizatçıların idarəedilməsi üzrə proqram təminatı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklər;
  • Təchizatçıların axtarışı və idarəedilməsi üsulları ilə tanışlıq;
  • Mükəmməl ünsiyyət və danışıq bacarıqları.İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir;
  • Vaxtın düzgün idarə edilməsi qabiliyyəti;
  • Dil biliyi: Azərbaycan (Rus və İngilis dil bilikləri arzuolunandır)

Əlavə məlumat:

  • İş yeri: BEGOC Plaza
  • İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək

Maraqlanan şəxslər öz CV formalarını "Satınalma üzrə mütəxəssis" başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.