Sumqayıt Texnologiyalar Parkı Aparıcı Hüquqşünas vəzifəsinı işçi axtarır.
Bizim üçün uyğun namizəd:
- Ali hüquq təhsili olmalı;
- Korporativ hüquq sahəsi üzrə minimum 2 (iki) il iş təcrübəsinə malik olmalı;
- Öz sahəsi üzrə normativ-hüquqi aktları və onların tətbiqi qaydalarını bilməli;
- Şirkətdaxili normativ sənədlərin, prosedurların tərtib edilməsi təcrübəsi olmalı;
- Hüquq xarakterli sənədlərin sistemləşdirilməsi və qeydiyyatı qaydalarını bilməli;
- Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yüksək səviyyədə bilməli;
- Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilməli;
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
- İşgüzar və məsuliyyətli olmalıdır.
Hansı işləri görəcəksiniz:
- Cəmiyyətdaxili əmr, təlimat, prosedur və proseslərin tərtibatı və razılaşdırılması və ya həmin sənədlərin təkmilləşdirilməsi ilə bağlı təklif verilməsi;
- Dövlət orqanlarının müraciətlərinə cavab vermək və ya aidiyyəti üzrə digər struktur bölmələrə yönləndirmək, dövlət orqanlarında Cəmiyyəti təmsil etmək;
- Sənaye parkında Cəmiyyətin təmsil edilməsi, müvafiq sənədlərin hazırlanması, sorğuların cavablandırılması;
- Cəmiyyətin təsis sənədlərinə dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün zəruri sənədləşməni təşkil etmək;
- Hüquqi ekspertiza üçün daxil olan Cəmiyyətdaxili normativ sənədlərin və müqavilələrin layihələrinə rəy vermək;
- Cəmiyyətin və onun törəmələrinin əqli mülkiyyət hüquqlarını qorumaq, əmtəə nişanlarının, patent hüquqlarının əldə edilməsi ilə bağlı hüquqi dəstək göstərmək;
- Cəmiyyətin törəmələrinin istehsal etdiyi əmtəələrə lisenziya və sertifikatların əldə edilməsi üçün hüquqi dəstək göstərmək;
- Birbaşa rəhbərinin hüquq xarakterli digər tapşırıqlarını yerinə yetirmək.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
Əlavə məlumatlar:
- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Aparıcı Hüquqşünas” yazaraq [email protected] mail adresinə 11.05.2022-ci il tarixinədək göndərilməsi xahiş olunur.