Baku Electronics CRM Promouter vəzifəsinə işçi axtarır.
Xüsusi Tələblər:
- Orta və ya ali təhsil;
- Yüksək şəkildə yazılı və şifahi ünsiyyət bacarığı;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus dili biliyi mütləqdir);
- Dinamik və aktiv olmaq;
- MS Office (Outlook, MS Word, Excel) proqramlarından istifadə etmək.
Vəzifə öhdəlikləri:
- Müştəri xidmətləri və müştəri məmnuniyyəti ilə bağlı qaydaları bilmək və tətbiq etmək;
- Müştərilərə bonus kartları və kart balansı haqqında məlumatları ətraflı və düzgün şəkildə çatdırmaq;
- Müştəri məlumatlarını sistemə daxil etmək və müştəri kartını qeydiyyata almaq;
- Müştəri-Anket formasını tərtib etmək;
- Anket formasında qeyd olunmuş məlumatları proqrama düzgün şəkildə daxil etmək;
- Müştəriləri qəbul etmək, müştəri müraciəti və şikayətlərini təyinatı üzrə yönləndirmək;
- Şikayətlərin statuslarını qeyd etmək;
- Problemli müştərilər ilə ünsiyyət quraraq problemin həllində köməklik göstərmək və müştəri məmnuniyyətini təmin etmək;
- Müştərilərlə etik qaydalara uyğun olaraq şifahi və yazılı şəkildə ünsiyyət qurmaq.
Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “CRM Promouter” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.