Show

07 Aprel

Bank Respublika işçi axtarır – VAKANSİYA

Bank Respublika ASC “Bərdə” filialı üçün Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışı və cəlb edilməsi;
  • Korporativ müştərilərlə biznes görüşlərinin təşkili;
  • Korporativ müştərilərdən daxil olan məlumatlara operativ reaksiyanın göstərilməsi;
  • Bank və bankın məhsullarının şirkətlərdə və digər yerlərdə satışlarını təşkil etmək;
  • Cəlb olunan müştərilərin qarşısında qoyulan tələblərin icrasına nəzarət;
  • Biznes analizlərin aparılması.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (arzuolunandır);
  • Yüksək səviyyədə satış etmək bacarığı;
  • Korporativ müştərilərlə işləmək bacarığı;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşma.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 aprel 2022-ci il tarixinədək emailin mövzu hissəsində Kiçik və Orta Biznes kreditləri üzrə mütəxəssis (Bərdə filialı) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.