Show

07 Aprel

Kapital Bank işçi axtarır – VAKANSİYA

Kapital Bank namizədləri Bazar riskləri üzrə Analitik – aparıcı/baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Üstünlük verilən bilik və bacarıqlar

·        Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;

·        CFA və ya FRM sertifikatlarına sahib olma arzuolunandır; 

·        Əla səviyyədə praktiki Excel bacarıqları;

·        Python və SQL-də proqramlaşdırma təcrübəsi arzu olunandır;

·        İngilis dili biliklərinin olması mütləq, Rus dili bilikləri arzuolunandır;

·        Müvafiq olaraq aparıcı və baş mütəxəssis vakansiyaları üçün bazar risklərinin idarə edilməsi sahəsində minimum 2 və 3 il iş təcrübəsi.

Öhdəliklər

·        İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;

·        Bankın biznes siyasətinə təsir edə biləcək şok hadisələri nəzərə almaqla stress-test modellərin hazırlanması, tətbiq edilməsi və nəticələri ilə bağlı təkliflər verilməsinə  nəzarət edilməsi;

·        Risk limitlərinin hesablanmasına dair təkliflər verilməsində və risk limitlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsi;

·        Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;

·        Bazar riskləri sahəsində araşdırılma aparılması.

Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə edilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işlərin  təşkili və bu prosesə nəzarətin həyata keçirilməsi.

Əgər təklifimiz Sizə maraqlıdırsa, //hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.