Show

06 Aprel

Embawood işçi axtarır – VAKANSİYA

Embawood  hüquqşünas vəzifəsinə işçi axtarır.

İş qrafiki: 5 günlük / saat 08:30 – 17:30

İşin təsviri:

  • Dövlət nəzarət orqanlarında və məhkəmələrdə Şirkəti təmsil etmək; 
  • dövlət və kommersiya qurumlarına ünvanlanacaq məktub, ərizə və şikayətlərin hazırlanması və Şirkətə daxil olan məktub, ərizə və şikayətlərə cavabların hazırlanması və aidiyyəti üzrə göndərilməsinin təşkili;  
  • Müxtəlif hüquqi məsələlərə dair rəylərin hazırlanması, yazılı və şifahi məsləhətlətin verilməsi, 
  • Müxtəlif növ icazə sənədlərinin alınması üçün ərizə, arayış və digər sənədlərin hazırlanmasını təmin etmək;
  • Müxtəliv növ müqavilələrin hazırlanması, müqavilələrin qanunvericiliyə və Şirkətin maraqlarına uyğunluğunun yoxlanılması, müqavilələrə zəruri olan əlavə və dəyişikliklərin edilməsi və kontraqentlərlə razılaşdırılması; 
  • Müqavilə işinin aprılmasını təhlil etmək, struktur bölmələrdə müqavilə işinin vəziyyətini yoxlamaq, ayrı-ayrı müqavilə növlərinin notariat qaydasında təsdiqlənməsini və (və ya) dövlət qeydiyyatına alınmasını təmin etmək;
  • Kontraqentlərə və digər borclulara qarşı pretenziyaların və iddiaların hazırlanması və aidiyyəti üzrə göndərilməsini həyata keçirmək;
  • Şirkətin struktur bölmələrini, ayrı-ayrı mütəxəssislərini onların fəaliyyətinə aid normativ-hüquqi aktlarda baş vermiş dəyişikliklərlə tanış etmək;
  • Şirkətə aidiyyəti olan xarici hüquqi şəxslərin hüquqi işlərini koordinə etmək.
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

  • Ali Hüquq təhsili olmalı;
  • Hüquq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • MS Office-də işləmə bacarığı;
  • Rus və ingilis dillərini yüksək səviyyədə bilmək;
  • Yaş həddi: 25-35 yaş 

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “ Hüquqşünas ”  qeyd edib [email protected] mail adresinə göndərəsiniz.