Show

05 Aprel

Avrora işçi axtarır – VAKANSİYA

Avrora Vergi Hesablamaları üzrə Mühasib vəzifəsinə işçi axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Bank çıxarışlarının işlənməsi;
  • Vergi, DSMF hesabatlarının, Statistika hesabatlarının hazırlanması və müvafiq qurumlara təqdim edilməsi;
  • Debitor və kreditor hesablaşmalarına nəzarət olunması;
  • BTP proqramında (ƏDV, Mənfəət, Əmlak, Torpaq) hesabatların tərtib edilməsi;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsinin təşkil edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Vergi Məcəlləsi üzrə ümumi biliklər;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
  • Onlayn kargüzarlıq və e-qaimə portallarından istifadə etmə bacarığı;
  • ACCA sertifikatı üstünlük hesab olunur.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Təhsil : Ali (Riyazi və ya İqtisadi ixtisaslar üstünlük hesab olunur);
  • İş təcrübəsi: Vergi sahəsi üzrə minimum 2 il;
  • Kompüter bilikləri: Microsoft Office (xüsusilə MS Excel) və 1C proqramlarında işləmək bacarığı.

İş şərtlərimiz:

  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-dən 18:00-dək;
  • İş yeri : STN Biznes Mərkəzi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;
  • Sağlamlıq sığortası;
  • Həyat sığortası (könüllü).

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi Hesablamaları üzrə Mühasib” yazaraq ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.