Show

01 Aprel

Veyseloğlu işçi axtarır – VAKANSİYA

Veyseloğlu Maliyyəçi-Analitik vəzifəsinə işçi axtarır.

İş yeri: Bakı şəhəri

İş təcrübəsi: 1 il

Təhsil: Ali iqtisadi təhsil

İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.

Vəzifə öhdəlikləri:

  • İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
  • Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
  • Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
  • İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
  • Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək

Tələblər:

  • Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;
  • Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları; 
  • Minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;
  • Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları; 
  • Analitik və strateji baxış bacarıqları;
  • Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
  • MS Office kompüter proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə.
  • Endirimli tibbi xidmət
  • Əmək müqaviləsi

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Maliyyəçi-Analitik” yazaraq CV göndərməklə müraciət edilir.