“Bank Respublika” ASC “Naxçıvan” filialı üçün Bank təhlükəsizliyi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- İşlərin bankın təhlükəsizlik strategiyasına uyğun olaraq qurulması;
- İnformasiya təhlükəsizliyinin yayılmaması ilə əlaqədar işin təşkili;
- Bankın ərazisində olan əməkdaş və müştərilərin təhlükəsizliyinin təmin olunması;
- Mühafizə və buraxılış rejiminin təşkili haqqında qaydalara nəzarət;
Namizədə qarşı tələblər:
- Ali təhsil;
- Təcrübə: Təhlükəsizlik xidməti və ya mühafizə orqanlarında təcrübə mütləqdir;
- Əməyin mühafizəsi qayda və normaları, təhlükəsizlik və yanğından mühafizə texnikası ilə bağlı biliklər;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 aprel 2022-ci il tarixinədək email-in mövzu hissəsində Bank təhlükəsizliyi üzrə mütəxəssis (Naxçıvan filialı) qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.