Show

01 Aprel

Baku Electronics işçi axtarır – VAKANSİYA

Baku Electronics Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsinə işçi axtarır.

Xüsusi Tələblər:

  • Təhsil: Ali;
  • Yaş: 21-40;
  • MS Excel və MS Word proqramları ilə sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə;
  • Müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama bacarığı;
  • İş təcrübəsi: 1-3 il.

Vəzifə öhdəlikləri:

  • Müştərilərin nisyə alış üçün müraciətlərini qəbul və analiz etmək;
  • Müştərilərə məhsulların nisyə alış şərtləri, ödəniş vaxtları və imkanları ilə bağlı ətraflı məlumat vermək;
  • Daxil olan müraciətlərin vaxtında icra olunmasını və müvafiq sənədlərin tərtibatını təmin etmək;
  • Nisyə məhsul satışı üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq;
  • Nisyə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək;
  • Nisyə satış müqaviləsini hazırlamaq üçün müştəri barəsində məlumat və sənədləri əldə etmək;
  • Müştəriyə nisyə məhsul satış zamanı aylıq ödəniş məbləğini hesablamaq və müqavilənin bağlanmasını təmin etmək;
  • Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini  mövzu hissəsində “Müştəri xidmətləri üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.