Show

28 Mart

Araz Supermarket işçi axtarır – VAKANSİYA

Araz Supermarket Hüquq şöbə müdiri vəzifəsinə işçi axtarır.

Tələblər:

  • Ali hüquqi təhsil ;
  • Müvafiq sahədə 5 ildən yuxarı  iş təcrübəsi;
  • Dil bilikləri : Azərbaycan  və İngilis dili yüksək səviyyədə bilməli, Rus dili arzu olunandır; 
  • Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Vergi Məcəlləsi, Əmək Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və digər qanunları, o cümlədən qanunvericilik aktları barədə mükəmməl bilgilər;
  • Liderlik, kommunikasiya, komanda ilə işləmək  səriştəlikləri.

Vəzifə öhdəlikləri:

  • Şirkət strategiyasına uyğun hüquq strategiyasının hazırlanması və tətbiqini həyata keçirmək;
  • Şirkətdə hüquqi işin aparılmasına metodiki rəhbərliyi təmin etmək;
  • Qanun mahiyyətli sənədləri işləyib hazırlamaq və ya hazırlanmasında iştirak etmək, struktur bölmələrə hüquqi yardım göstərmək, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
  • Hazırlanan hüquqi sənədlərin layihələrini təsdiqləmək;
  • Qanunvericiliyin tələblərinə əsasən şirkətdə hüquqi prosedurların həyata keçirilməsini təşkil etmək;
  • Şirkətin maraqları barədə hüquqi məsələlərin müzakirəsində iştirak etmək, rəylər vermək;
  • Şöbənin icraatına daxil olan hüquqi məsələlərin həll olunması istiqamətində verilən göstərişlərə və tövsiyələrə əməl edilməsinə və icra olunmasına nəzarət etmək;
  • Hüquqi fəaliyyətin həyata keçirilməsi istiqamətində tələb olunan maliyyə vəsaitinin ayrılması üçün lazımi tədbirlər görülməsini təmin etmək;
  • Şirkətin cəlb edildiyi məhkəmə mübahisələrində şirkət mənafelərinin müdafiəsini təşkil etmək;
  • Şirkətin digər təşkilatlarla əməkdaşlığının hüquqi əsaslarını müəyyən etmək, bu məqsədlə müqavilələrin tərtib edilməsinə və icrasına nəzarət etmək, şirkətin digər struktur bölmələrindən daxil olan müqavilə layihələri və digər sənədlərə rəy verilməsini təşkil etmək;
  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində fəaliyyətləri icra etmək.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Hüquq şöbə müdiri” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.