Show

28 Mart

PASHA Holding işçi axtarır – VAKANSİYA

PASHA Holding Baş Auditor/Qrup rəhbəri vəzifəsinə işçi axtarır.

İşin təsviri:

  • Təsdiq olunmuş İllik Audit Planına və Audit Komitəsinin tapşırığına əsasən həvalə edilmiş audit, sonrakı audit və xüsusi audit layihələrinin aparılmasına rəhbərlik etmək;
  • Audit layihəsi çərçivəsində risklərin idarə edilməsi, nəzarət və idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək;
  • Audit layihəsi çərçivəsində onun rəhbərliyi altında olan əməkdaşların işinə nəzarət etmək;
  • Audit layihəsinin nəticələri barədə hesabatı hazırlamaq;
  • Audit layihəsi üçün İş Proqramını müəyyən etmək;
  • Audit layihəsi zamanı çatışmazlıqların aşkar edilməsi üçün audit prosedurların həyata keçirilməsini təmin etmək;
  • Audit layihələri üzrə hesabatların düzgün, keyfiyyətli və effektiv tərzdə hazırlanmasına nəzarət etmək;
  • Aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün Şirkətin rəhbərliyi tərəfindən hazırlanmış tədbirlər planın icrasının monitorinqini keçirmək;
  • Daxili Audit Departamentinin direktoru tapşırığı ilə Daxili Audit Departamentinin fəaliyyəti ilə bağlı icmal hesabatların hazırlanmasında iştirak etmək;
  • Audit üzrə iş və vaxt bölgüsü hesabatının (Retain management) hazırlanmasında iştirak etmək;
  • Rəhbərlik etdiyi audit layihəsi çərçivəsində nəzarətində olan əməkdaşların işinin qiymətləndirilməsində iştirak etmək;
  • Nəzarətində olan əməkdaşlara təlim keçmək, məsləhətlər vermək;
  • Daxili Audit Departamentinin direktoru tərəfindən həvalə olunan digər tapşırıqları səlahiyyət çərçivəsində yerinə yetirmək.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Ali iqtisadi və ya hüquqi təhsil  (ali təhsil digər ixtisaslar üzrə olduqda əlaqədar sahələrdə minimum dörd illik təcrübə); 
  • Müvafiq iş təcrübəsi: 4 ildən artıq ümumi, 3 ildən artıq audit funksiyasında;
  • CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / FRM/CFA (L1) müvafiq peşəkar kvalifikasiyalı namizədlərə üstünlük verilir;
  • Audit prosedurları həyata keçirmək üçün müvafiq sektor və biznes proseslər üzrə biliklərin olması;
  • Bankçılıq sahəsini nizamlayan qanunverici orqanın tərtib etdiyi normativ və hüquqi sənədlər üzrə biliklərin olması;
  • Analitik bacarıqlar, hesabat yazma bacarığı, ünsiyyət qurma bacarıqları;
  • Əla ünsiyyət, idarəetmə və liderlik bacarığı;
  • Kompüter savadlığı və müvafiq proqram təminatı (MS Windows məhsulları üzrə) ilə işləmək bacarığı;
  • Ezamiyyələrdə iştirak etmək imkanı;
  • Azərbaycan və ingilis dillərini işgüzar səviyyədə mükəmməl bilməli;

Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • CV-lər aşağıda qeyd olunan [email protected] e-mail ünvanına göndərilməlidir;
  • Mövzu sətrində “PB_Baş Auditor/Qrup rəhbəri” qeyd olunmalıdır;
  • CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.