Show

28 Mart

Melissa Group işçi axtarır – VAKANSİYA

Melissa Group Smeta üzrə kiçik mühəndis vəzifəsinə işçi axtarır.

Vəzifə öhdəlikləri:

  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;  
  • İnşa olunacaq obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsinin təmin edilməsi;
  • Tikintidə istifadə olunan materialların smeta və norma sənədlərində spesifikasiyası üzrə adlandırılmasını, anbar və mühasibat uçotunda eyniadlı material lüğətindən istifadəni təşkil etmək;
  •  Tikintidə istifadə olunan materialların təyinatı üzrə klasifikasiya və nomenklatura qrupıaşmalarını yaratmaq.
  • Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;
  •  Layihəyə dair aylıq texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Fоrmа N (М-29), Xərc analizi)

Bilməlidir:  

  • Azərbaycan Respublikasının ərazisində mövcud tikinti norma və qaydaları, eləcə də, müvafiq normativ hüquqi aktlarını;
  • Layihə-smeta sənədlərinin işlənib hazırlanmasının təşkilini, onların razılaşdırma və təsdiq etmə qaydalarını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.

Vəzifəyə dair tələblər:

  • Müvafiq sahədə 5 ildən az olmayan iş təcrübəsi;  
  • İnşaat mühəndisliyi üzrə ali təhsil; 
  • Eskiz və işçi layihəni oxuma bacarığı; 
  • Kompyuter biliyi: yüksək səviyyədə MS Excel, AutoCad biliyi, internetdə işləmək bacarığı;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi; 
  • Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
  • Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.

Digər məlumat:

  • 5 günlük iş qrafiki. 
  • Əmək haqqı: 800-1000 AZN 
  • Cinsi : Kişi
  • Yaşı : 28-50
  • Dil biliyi : Az,Rus

CV-lərinizi [email protected] ünvanına "smeta üzrə kiçik mühəndis" başlığı ilə göndərməyiniz və ya //melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.  

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərə geridönüş ediləcəkdir.