Show

25 Mart

Satış meneceri - VAKANSİYA

BAKI AĞ ŞƏHƏR şəhərsalma layihəsi Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEVİN Sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı» çərçivəsində həyata keçirilir. Beynəlxalq mükafatların qalibi olmuş BAKI AĞ ŞƏHƏR haqlı olaraq şəhərsalma sahəsində dünyanın ən görkəmli layihələrindən biri hesab olunur. Bu şəhər kompleksi nəinki müasir və rahat binaları ilə, həmçinin öz səmərəliliyi ilə gözəl təsir bağışlayır. Layihə həm mühəndis-tikinti, həm də estetik nöqteyi-nəzərdən heyranlıq doğurur. Burada yaşamaq və işləmək arzusu doğuran cəlbedici mühit və infrastrukturun yaradılması üçün yaşayış və qeyri-yaşayış komplekslərinin, sosial obyektlərin, park və yaşıl zonaların yerləşməsi mükəmməl planlaşdırılmışdır.

Vakansiya - Satış meneceri

Əmək haqqı: 800 AZN + Bonus
Şəhər: Bakı
Yaş: 25-40 yaş
Təhsil: Ali
İş təcrübəsi: 2 ildən yuxarı 
 
Əlaqədar şəxs: Təyyibə Günəşova 
Kateqoriya: Administrasiya və idarəetmə

Mobil nömrə: +994502101538 

Namizədə tələblər:

  • Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti;
  • Aktiv və çalışqan, komanda ilə işləmək bacarığına malik;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq,analitik düşüncə kimi müsbət göstəricilərə sahib olmaq;
  • Xoş görünüşlü və ünsiyyətcil;
  • Ofis avandanlıqlarından sərbəst şəkildə istifadə etmə bacarığı;
  • Ms Office proqramlarında işləmək bacarığı, (Word, Excel mütləqdir);
  • Sosial şəbəkələrin idarəsi təcrübəsi;
  • Müvafiq sahədə 2 il təcrübə.

İş barədə məlumat:

  • Gündəlik kargüzarlıq və ofis daxili işlərin yerinə yetirilməsi, yönləndirilməsi,icrasına nəzarət;
  • E-mail və telefonların cavablandırılması;
  • Aidiyyatı şəxslərlə əlaqənin qurulması və qeydiyyatının aparılması;.
  • Alqı-satqı müqavilələrinin, müxtəlif günlük, həftəlik, aylıq hesabatların hazırlanması;
  • Rəhbərliyin göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
  • Rəhbərliyn qərarlarının icrasına nəzarət etmək.
  • İş qrafiki: B.e.-Şənbə 10:00-dan 19:00-dək

Qeyd: Uyğun namizədlər, ŞƏKİLLİ CV-lərini qeyd olunan ünvana göndərə bilərlər. Şəkilsiz və telefonla olan müraciətlərə baxılmır!