Show

25 Mart

Şöbə müdiri - VAKANSİYA

“Başak” MMC şirkəti 2004-cü ildə təsis edilib. Şirkət həm texnologiya, həm səmərə, möhkəmlik, həm də peşəkar mühəndis kadrlarının və işçi qüvvəsinin cəlb edilməsi baxımından ölkəmizdə müasir, tikinti müəssisəsi kimi insanlara xidmət edir. Məqsəd Azərbaycan vətəndaşlarının mənzilə olan ehtiyaclarını ödəmək istiqamətində işlər aparmaq, yaşayış yeri ilə təmin etmək üçün son dərəcə keyfiyyətli, etibarlı, estetik, kompakt, hazır və davamlı evlər qurmaq və modern,klasik,vip üslubda təmir işləri görməkdir.

Vakansiya - Korporativ satış şöbəsinin müdiri

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, rus və ingilis dillərində yüksək səviyyədə danışıq qabiliyyəti;
  • Müvafiq vəzifə üzrə minimum 4-5 il təcrübə;
  • Yüksək Microsoft Ofis proqramları biliyi;
  • Ünsiyyət və analitik düşünmə,liderlik, analiz etmə bacarığı;
  • Dürüstlük və kollektivdə işləmə bacarığı.

Vəzifə öhdəlikləri:

  • Gündəlik, həftəlik və aylıq satışın analizinin aparılması və hesabatın hazırlanıb rəhbərliyə təqdim edilməsi;
  • Bazarın araşdırılması;
  • Yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması;
  • Müştəri bazasının formalaşdırılması
  • Şirkətin satış həcminin artırılmasına dəstək;
  • Korporativ müştərilər ilə mütəmadi görüşlərin keçirilməsi;
  • Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması;
  • İşçilərin şirkət daxili nizam-intizam qaydalarına riayət etmələrinin təmin olunması;
  • Gündəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
  • Rəhbərliyin verdiyi tapşırıqlarının vaxtında və düzgün yerinə yetirilməsi.

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi.
  • Əmək haqqı: 2000 AZN + bonus (KPİ)
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

 

  •