Show

24 Mart

Mühasib köməkçisi - VAKANSİYA

Vakansiya - Mühasib köməkçisi

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə, Müasibatlıq üzrə);

  • Komputer bilikləri: MS Office – Yaxşı;

  • Dil bilikləri: Azərbaycan – Əla;

  • Yaş həddi: 23 – 30;

  • Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);

  • Riyazi biliklər və analitik düşünmə bacarığı;

  • Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;

  • Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;

  • Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi bacarığı;

  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

  • İşdə dəqiqlik və detallara diqqətlilik;

  • Məsuliyyətlilik;

  • Ünsiyyətlilik;

  • Komandada işləmək bacarığı.

Digər tələb və üstünlük göstəriciləri:

  • Rus və ya ingilis dili biliyi;

  • Mikro ERP və Günəş proqramlarında işləmək bacarığı.

İş barədə: 

  • Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi;

  • Bank əməliyyatlarının həyata keçirilməsi;

  • Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edilməsi; 

  • İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;

  • Hesabat sənədlərinin qeydiyyatını aparılması;

  • Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi;

  • Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;

  • Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi.

İş vaxtının norması:

  • 5 günlük iş rejimi;

  • İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

  • 500 AZN;

  • Yemək şirkət tərəfindən;

  • Şirkət nömrəsi və danışıq paketi.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Mühasib köməkçisi” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Şirkət haqqında

Mineral və digər süfrə sularının pərakəndə və topdan satışı