Show

22 Mart

Satış məsləhətçisi - VAKANSİYA

Azərbaycanda yeni nəsil məhsulların qabaqcılı olan “Optimal Elektronika” MMC şirkəti 1997-ci ildə yaranmışdır. “Optimal Elektronika” MMC (şirkəti) yaradıldığı gündən bəri genişlənir, xidmət keyfiyyəti və məhsul müxtəlifliyi sayəsində Azərbaycanın qabaqcıl texnologiya şirkəti olmağa davam edir. Şirkət yenilikçiliyi və xidmət səviyyəsi ilə fərq yaratmaqdadır.

“Optimal Elektronika” MMC Azərbaycanda Bosch, Samsung, Vestel, Sony, LG, AEG, Sharp, Philips, Huawei, Gorenje, Simfer, Babyliss, Braun, Carrier, Beurer, Delonghi, Pfaff, Singer, JBL, Maxwell, Addison, Mikado, Everest, Remington, Tognana, Kenwood, Karcher, Vitek, S-link, Rampage, Snopy, Zanussi, Russell Hobbs, Aldora brendlərinin rəsmi tərəfdaşıdır. “Optimal” şirkəti olaraq məqsədimiz xalqımıza keyfiyyətli və sərfəli xidmət göstərməkdir. “Optimal Elektronika” MMC-də geniş dünya standartlarına cavab verən yüksək ixtisaslı Servis Mərkəzləri fəaliyyət göstərir.

Hal-hazırda "Satış məsləhətçisi" vakansiyası elan edir

Niyə məhz Optimal?

  • Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq! 
  • Pozitivlik bizim ən böyük uğurumuzdur! 
  • Kreativ ideyaları yaradırıq! 
  • İstedadlı gənclərə yol açırıq

Tələblər:

  • Təhsil: Ali və ya orta;
  • Azərbaycan dilini səlis bilməli, rus və ya ingilis dillərindən birində özünü ifadə etməyi bacarmalıdır;
  • Satış təcrübəsi arzu olunandır;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
  • Satış qabiliyyəti olmalı;
  • Məhsulları təqdim etmək bacarığına malik olmaq.

Əsas vəzifələr:

  • Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək;
  • Müştərinin seçimi üçün optimal şərait yaratmaq;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək

Biz Sizə təklif edirik:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Həftədə 6 iş günü, 1 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;
  • Ödənişsiz təlimlər;
  • Baza əmək haqqı ilə yanaşı, bonus sistemindən faydalanmaq.