Show

18 Mart

PAŞA Holding işçi axtarır – VAKANSİYA

PAŞA Holding, qeyri-maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərində (PAŞA İnşaat, Abşeron Hotel Group, Bravo supermarketlər şəbəkəsi, Agro Dairy və s.) Daxili audit xidmətinə təcrübəli namizədləri Qrup rəhbəri/Baş Auditor/Aparıcı Auditor vəzifələrinə işə dəvət edir. 

Əsas tələblər:

  • Ali təhsil 
  • Müvafiq sahədə təcrübəsi (müddət vəzifədən asılı olaraq dəyişir) – audit, risk, daxili nəzarət, maliyyə, mühasibatlıq, pərakəndə satış üzrə iş təcrübəsinə üstünlük verilir 
  • Azərbaycan və ingilis dilləri üzrə adekvat bilik səviyyəsi 
  • Analitik düşüncə və ünsiyyət qurma bacarığı
  • Fərdi şəkildə və komanda ilə işləmək qabiliyyəti
  • CİA, ACCA və ya digər müvafiq sertifikasiyanın olması üstünlükdür 

Müraciət etmə qaydaları:

Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və uyğunluq (komplayens) kimi sahələrdə təcrübəsi olan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:

  • Mövzu sətrində “Non-Finance” qeyd olunmalıdır;
  • CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə [email protected] e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.