Show

11 Mart

Dövlət Məşğulluq Agentliyi işçi axtarır – VAKANSİYA

Dövlət Məşğulluq Agentliyi Mütəxəssis (İnşaat və ya sənaye sahəsi üzrə laborant) vəzifəsinə işçi axtarır.

Strukturun Adı: Bakı Peşə Hazırlığı Mərkəzi

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Vəzifə funksiyaları:

  • Standartlarda, texniki şərtlərdə, istehsalın texnoloji reqlamentlərində nəzərdə tutulmuş təhlilləri həyata keçirmək;
  • Laboratoriyalarda sınaq avadanlıqlarının, ölçmə vasitələrinin yaxşı vəziyyətdə olmasına nəzarət etmək və nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək, laboratoriya rəhbərinə məlumat vermək;
  • Müəyyən edilmiş formada laboratoriya jurnallarında sınaq nəticələrinin qeydiyyatını, zəruri hesablamaları və qeydləri aparmaq;
  • Məhsulların hazırlanması üzrə işləri vaxtında və səmərəli şəkildə həyata keçirmək;
  • Laboratoriya rəhbərinin göstərişi ilə plandankənar analizlər aparmaq;
  • İş yerinin təmizliyinə, laboratoriya şüşə qablarının təhlükəsizliyinə, analiz üçün lazımi məhlulların və reagentlərin mövcudluğuna nəzarət etmək;
  • Təhlükəsizlik qaydalarına, yanğından mühafizə, ekoloji təhlükəsizlik və daxili əmək qaydalarına riayət etmək.

Bilməlidir:

  • Sağlamlıq və Əməyin  Təhlükəsizliyi qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını;
  • Milli keyfiyyət qaydalarının texniki standartlarını;
  • İstehsaldan qaynaqlanan ekoloji riskləri;
  • Dağıdıcı və qeyri-dağıdıcı üsul ilə aparılan sınaqları;

Vəzifənin tutulmasına dair tələblər: 

  • Təhsil tələbi: Ali;
  • İş stajı: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
  • Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).

Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər Və Bacarıqlar:

  • Məsuliyyətlilik;
  • Etibarlılıq, dürüstlük;
  • Operativlik, çeviklik;
  • Təşəbbüskarlıq;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnşaat və ya sənaye sahəsi üzrə laborant” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.

Həmçinin CV-lərinizi //www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.